Azərbaycan Tokio-2020-nin medal sıralamasında 61-ci yerdədir

16:30 30 İyul 2021

Azərbaycan ilk dəfə bu gün Tokio-2020-nin medal sıralamasında yer alıb.

Bu, +78 çəkidə yarışan qadın cüdoçumuz İrina Kindzerskanın 3-cü yeri tutması sayəsində mümkün olub.

 

Hazırda ölkəmiz 1 bürünc medalla 61-ci sırada yer alıb. Medal sıralamasına 38 medalla (18 qızıl, 8 gümüş, 11 bürünc) Çin başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti