Tokio-2020: Avstraliya yığmasında ciddi itki

16:59 30 İyul 2021

Tokio-2020-də uğurlu çıxış edən Avstraliyanın kişi basketbolçuların ibarət komandasına ciddi itki üz verib. Avstraliyanın mərkəz oyunçusu Aron Beyns sıradan çıxıb. O, boynundakı zədə səbəbindən Olimpiadanın qalan hissəsində komandasına kömək edə bilməyəcək. Beynsin bərpa prosesi üçün bir həftədən daha artıq müddətə ehtiyac var.

34 yaşlı basketbolçu İtaliya ilə oyunda zədələnmişdi. Beyns sözügedən qarşılaşmanı 14 xal, 7 ribaundla tamamlayaraq komandasının qələbəsində əsas pay sahiblərindən biri olmuşdu. Aron Beyns NBA-da "Toronto Reptors" formasını geyinir.

Qeyd edək ki, Tokio-2020-də keçirdiyi hər iki görüşdən qalib ayrılan Avstraliya B qrupunun lideridi.


Digər xəbərlər

Xəbər xətti