Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.
İyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 26 idmançımızdan 24-ü çıxışını başa vurub. Hələlik Azərbaycanın bir bürünc medalı var, bir medalı isə təmin etmişik.
Bu gün mübarizəyə qoşulan yeganə idmançılarımız - boksçu Cavid Çələbiyev də 1/8 finalda yarışı başa vurub.
Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq), bürünc medal İrina Kindzerska (+78 kq)
Güllə atıcılığı: Emin Cəfərov
Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.), Məhəmməd Abdullayev (+91 kq), Cavid Çələbiyev (63 kq)
Qılıncoynatma: Anna Başta
Veleyorüş: Elçin Əsədov
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadəngah
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Taekvandoçu: Fəridə Əzizova, Milad Beiqi Xerçaqani
Triatlon: Rostivlas Pevstsov
Badminton: Edi Reski Dviçahyo
Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Alfonso Dominges 1/2 finala yüksəlməklə ən azı bürünc medalı təmin edib. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.