“Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə Kiprdə keçirəcəyi matç üçün azarkeş sayına heç bir məhdudiyyət qoyulmayıb.
Bu barədə Kipr mətbuatı məlumat yayıb. “Tisiro” arenasında oynanılacaq görüşə stadionun tam tutumu sayında (7400 nəfər) azarkeş gələ biləcək. Matçda tribunaların dolacağı gözlənilir.
Qeyd edək ki, avqustun 5- i keçiriləcək oyun Bakı vaxtı ilə 21:00-da başayacaq. Cavab oyunu isə avqustun 12-si Bakıda olacaq.