Cavid Çələbiyev: "Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik"

13:44 31 İyul 2021

Cavid Çələbiyev Tokio-2020-də boks yarışlarının 1/8 final mərhələsində erməni rəqibi Ovanes Baçkova məğlub olaraq mübarizəni dayandırıb.

 

İdmançımız döyüşdən sonra açıqlama verib. O, məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib:

 

“Qələbə gözləyirdim. Mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu. Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Amma, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir”.


Digər xəbərlər

Xəbər xətti