Boksçumuz Tokio-2020-ni bürünc medalla tərk edir

09:05 2 Avqust 2021

Azərbaycan boksçusu Alfonso Dominqes (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

 

O, son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib. Rəqibinə məğlub olan Dominqes bürünc medal ilə kifayətlənib.

 

Alfonso Dominqes 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb. 


Xəbər xətti