Tokio-2020: Güləşçimiz Rafiq Hüseynov bürünc medal uğrunda yarışacaq

14:21 2 Avqust 2021

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020-də bürünc medal uğrunda mübarizə aparacaq.

 

Onun 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudov yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanıb. Buna görə də Rafiq Hüseynov təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb.

 

Qeyd edək ki, təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək. 


Xəbər xətti