“Qarabağ” axtardığı futbolçunu İspaniyada tapdı

15:01 2 Avqust 2021

“Qarabağ” İspaniya La Liqasında mübarizə aparan “Kadis” klubunun futbolçusu Qasper Panadero Samoranı transfer edəcək. 23 yaşlı ispaniyalı vingerlə 3 illik müqavilə imzalanacaq. Samora bu gün səhər Bakıya gəlib. O, Ağdam klubunda 17 nömrəli formanı geyinəcək. 
 
2014-2020-ci illərdə "Almeriya"da çıxış edən futbolçu 1 il öncə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vahda" komandasına transfer olunub. Orda cəmi 5 oyun keçirən Samora azad agent statusu alıb və "Kadis"ə keçib. Samora 2020/2021-ci illər mövsümünü Sequndada çıxış edən "Ponferradina"da icarə əsasında keçirib. O, son komandasında 24 oyuna 1 qol vurub. 


Xəbər xətti