Avropa Liqası: "Neftçi"nin potensial rəqibi "Fənərbaxça" oldu

15:31 2 Avqust 2021

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilir.

Tədbirdə Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi məlum olub . Ağ-qaralar 3-cü təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq və ilk görüş səfərdə keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqustda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti