"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

01:02 3 Avqust 2021

Azərbaycanı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda təmsil dən Şəhriyar Məmmədyarov 8-ci mərhələsində növbəti görüşlərini keçirib.

36 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb. Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, 7-ci turda Alireza Firuzca (FIDE) ilə ağ, 8-ci turda ABŞ təmsilçisi Uesli So ilə qara, 14-cü turda Levon Aronyanla ağ, sonuncu - 15-ci turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov "8-lik"də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb. 14 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq.

 

"Chessable Masters"

11-ci tur

Jorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

12-ci tur

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 0,5:0,5

13-cü tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

14-cü tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

15-ci tur

Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti