"Sabah"dan növbəti transfer

10:10 3 Avqust 2021

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi İldar Ələkbərovu heyətinə qatıb. 20 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.
 

Qeyd edək ki, “Zenit” Futbol Akademiyasının yetirməsi olan İldar, karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti