Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq.) bu gün Tokio-2020-də təsəlliverici görüşə çıxıb.
O, Tunis təmsilçisi Lamyed Maafi ilə qarşılaşıb və 11:1 hesablı qələbə qazanıb. Beləliklə, Hüseynov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla üz-üzə gəlib. İdmançımız qalib gələrək bürünc medal qazanıb.
Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olmuşdu.