Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK oyunundan (2:2) sonra təşkil olunan mətbuat konfransında Finlandiya klubunun baş məşqçisi Toni Koskela jurnalistlərin suallarını cavablandırdı.
Əvvəlcə matç barədə fikirlərini bildirdi…
- Gözlədiyimiz kimi oyun oldu. “Neftçi”nin orta xətti çox yaxşıdı. Laval cinahda driblinqləri ilə bizə problem yaratdı. 3 gün öncə oyunumuz olmuşdu. Ona görə də hazırlaşmaq çətin idi. Ancaq ümumən gözlədiyimiz kimi, yaxşı oyun oldu.
- İlk matçda “Neftçi”ni canlı gördüz. Cavab oyunu üçün hansı qeydləri apardız, sürprizlər gözləyək?
- Bəzi yeniliklər oldu. Amma ümumən “Neftçi”nin necə oynayacağını bilirdik, “Olimpiakos”la matçlara da baxmışdıq. Oyunumuzda bəzi dəyişikliklər, sürprizlər ola bilər.
- “Neftçi”nin qolundan sonra tez bir zamanda 2 dəfə fərqləndiz. Bunun səbəbi nə idi, “Neftçi”nin zəif nöqtəsini tapmışdız?
- Ümid edirdim ki, qol buraxmayacağıq. İlk yarıda yaxşı oynamışdıq, topa nəzarət edirdik. Xüsusən 25-30 dəqiqə ərzində. Ondan sonra bir qədər yorğunluq oldu. Qol oyunun gedişatını dəyişdi. Şadam ki, tez bir zamanda cavab qolunu vura bildik. Fikrimcə, ikinci hissədə o qədər də çox hücum etmədik. İlk yarıda daha yaxşı idik.
- Samir Abasov oyundan sonra Finlandiya çempionatının davam etməsi HİK-i fiziki cəhətdən daha hazırlıqlı edir. Siz isə yorğunluqdan şikayətləndiz. Ümumiyyətlə, ölkənizdə çempionatın davam etməsi lehinizədi, yoxsa əleyhinizə?
- Bir tərəfdən üstünlük ola bilər, ancaq digər tərəfdən əleyhimizə olan amildi. "Neftçi"nin 5-6 həftəlik hazırlıq dönəmi var idi, bizdə isə bu olmadı. Rəsmi oyunların müsbət təsirləri var, ancaq şənbə günü oynayıb, sonra səfər matçına çıxmağı üstünlük saymıram.
Sanki məyussuz. Bu nəticəni necə dəyərləndirirsiz?
- Bura nəticə üçün gəlmişik. 2:2 hesabı qənaətbəxşdi. Cavab oyununu evdə keçirəcəyik. Bu, müəyyən qədər üstünlük olacaq. Nəticə başqa cür də ola biıərdi və əhvalım fərqli olardı. Ümumi nəticə qənaətbəxşdiş
- "Neftçi"nin qolları daha baxımlı idi, yoxsa HİK-in oyunu?
- Bunlar oyunun ümumi mənzərəsidi. Fərləndirmək istəməzdim. İstilik əsas problemlərdən biri idi. Finlandiyada temperatur 16-17 dərəcədi.