Tokio-2020: Türkiyəli qadın boksçular tarixdə ilk dəfə finala yüksəldi

14:13 4 Avqust 2021

Türkiyənin iki qadın boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

51 kq-da yarışan Buse Naz Çakıroğlu Çin Taypeyini təmsil edən Huanq Hsiao-Veni yarımfinalda məğlub edib.

Busenaz Sürmeneli (68 kq) isə hindistanlı Lovlina Borqohain 5:0 hesabı ilə qalib gəlib. Çakıroğlu qızıl medal uğrunda Stoyka Krasteva (Bolqarıstan) ilə, Sürmeneli isə Gu Honqla (Çin) döyüşəcək. Hər iki qarşılaşma avqustun 7-də olacaq.

Qeyd edək ki, türkiyəli qadın boksçular tarixdə ilk dəfə olimpiadanın finalına yüksəlib. 


Digər xəbərlər

Xəbər xətti