Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazandı

16:21 4 Avqust 2021

Ukraynanı Tokio 2020 Olimpiya Oyunlarında təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov bu gün final görüşünə çıxıb.

67 kq-da mübarizə aparan yunan-Roma güləşçisi həlledici qarşılaşmada iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb.

Görüş vaxtından əvvəl başa çatıb. Məhəmməd Reza Qerayi texniki üstünlüklə qələbə qazanaraq (9:1) Olimpiya çempionu olub. Nəsibov isə gümüş medalla kifayətlənib. 


Digər xəbərlər

Xəbər xətti