Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq.) Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
O, 1/4 final mərhələsində İtaliya təmsilçisi Frank Çamizo ilə üz-üzə gəlib. Bayramov rəqibinə 1:3 hesabı ilə uduzub.
Çamizo finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.