"Çox maraqlı komandaya qarşı oynayırıq. Hazırlığımız davam edir. Rəqibin geniş heyəti var. Fərdi olaraq ustalıq səviyyəsi yüksək olan oyunçuları var. Kollektivə oyuna çox üstünlük verirlər".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda AEL-lə qarşılaşacaq. Ağdam təmsilçisinin çalışdırıcısı Limassol klubu ilə oyunöncəsi matçla bağlı danışıb.
O, güclü rəqibə qarşı oynayacaqlarını deyib: "Mənim üçün belə komandalara qarşı oynamaq çox maraqlı olub. Çünki bu oyunda daha çox düşünmək, daha çox diqqətli olmaq lazımdı, futbolçular daha çox məsuliyyətli olmalıdı. Bu günlərdə rəqibin oyunundakı hər bir detalı, oyunçusu haqda məlumatı futbolçularımıza çatdırmağa çalışdıq. Sabahkı oyuna futbolçular tam hazırdı. Meydanda ən yaxşısını etməyə çalışacağıq.
Qasparın, Riçardın cavab matçında oynamaq ehtimalı var. Çünki hər iki oyunçunun sənədləri UEFA-ya göstərilib. Sadəcə Almeydanın hazırlığı daha yaxşıdı, nəinki Qasparın. Onun hazırlaşmaq üçün hələ bir həftə vaxtı var. Əgər fiziki durumu yaxşı olsa, məşqçilərlə, həkimlərlə məsləhət edəcəyik. Sağlamlığı üçün hər hansı təhlükə olmasa onun da oynamaq ehtimalı var. Ən azından az dəqiqə də olsa, meydana çıxma ehtimalı var. Riçardın hazırlığı daha yaxşı vəziyyətdədi".