Mariya Stadnik və Hacı Əliyevin Olimpiya Oyunlarındakı ilk rəqibi müəyyənləşdi

11:22 5 Avqust 2021

Azərbaycanın daha 3 güləşçisinin Mariya Stadnik (qadın güləşi), Hacı Əliyev və Şərif Şərifovun (sərbəst güləşçilər) Tokio-2020-dəki ilk rəqibi məlum olub.

Stadnik (50 kq.) ilk görüşünü 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşa qarşı keçirəcək. 65 kq-da mübarizə aparan Hacı Əliyev seneqallı Adama Diatta ilə güləşəcək. Şərif Şərifov (97 kq) isə rusiyalı Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.

 

Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq. 


Digər xəbərlər

Xəbər xətti