UEFA açıqladı: Millimizin oyunlarında VAR olacaq

16:23 5 Avqust 2021

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, milli komandamız DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 7-də Bakıda Portuqaliya millisi ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti