Tokio-2020:Hacı Əliyev finala yüksəldi, Mariya Stadnik isə yarımfinalda uduzdu

14:20 6 Avqust 2021

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Kişilərin yarışında əvvəlcə Şərif Şərifov (97 kq) 1/8 finalda Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gəlib.

 

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.

 

65 kq-da çıxış edən Hacı Əliyev isə 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə qarşılaşıb və rəqibinə 12:5 hesabı ilə qalib gəlib. Final sabah keçiriləcək. 

 

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) isə 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

 

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, bu mərhələdə tunisli Sarra Hamdini 10:0 hesabı ilə üstələyərək yarımfinala çıxıb. O, finala gedən yolda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib və rəqibinə ağır məğlubiyyətə uğrayaraq (0:11), finala çıxa bilməyib. O, sabahkı görüşdə üçüncü yer uğrunda yarışacaq. 


Digər xəbərlər

Xəbər xətti