Tokio-2020:Rafael Ağayev gümüş medal qazandı - YENİLƏNİB

16:52 6 Avqust 2021

Tokioda keçirilən Yay Olimpiya oyunlarında karateçimiz Rafael Ağayev (75 kq) bu gün mübarizəyə başlayıb.

 

İdmançımız B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

 

Agayev ilk döyüşünü alman Noa Biçə qarşı keçirib və 2:1 hesabı ilə qalib gəlib. O, ikinci görüşünü Çuneari Yahiroya qarşı keçirib. Ağayev avstraliyalı rəqibini də 5:0 məğlub edib.

İdmançımız üçüncü döyüşünü Nurkanat Ajiqanova qarşı keçirib və ona 3:2 hesabı ilə qalib gəlib. Nəhayət, Rafael Ağayev qrupda sonuncu döyüşünü isə Luici Busaya qarşı keçirib və rəqibinə uduzaraq ikinci yeri tutub. Yarımfinalda Ağayev Macarıstan təmsilçisi olan Karol Harspataki ilə üz-üzə gəlib və idmançımız 7:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Rafael finalda Luici Busa (İtaliya) ilə qarşılaşıb və rəqibinə uduzaraq Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 

 

Rafael Ağayev - Luici Busa  0:1


Digər xəbərlər

Xəbər xətti