Tokio-2020 Yay Olimpiya oyunlarında növbəti rekord qeydə alınıb.
52 yaşlı ispaniyalı atlet Xesus Anhel Qarsiya 50 km məsafəyə idman yerişində 35-ci yeri tutub. Bu, İspaniya təmsilçisinin 8-ci Olimpiadası olub.
Qarsiya atletikada 8 Olimpiya Oyunlarında iştirak edən ilk idmançı kimi tarixə düşüb. Debütü Barselona-1992-yə təsadüf edən idmançı bu müddətdə 1 qızıl, 2 gümüş, 2 bürünc əldə edib. Olimpiadalarda iştirak sayında rekord kanadalı jokey İan Millerə məxsusdu. O, 10 dəfə bu yarışda iştirak edib.