Lionel Messi karyerasını PSJ-də davam etdirə bilər

11:05 7 Avqust 2021

"Barselona"dan ayrılan Lionel Messi karyerasını PSJ-də davam etdirməyə yaxındır.

34 yaşlı hücumçu paytaxt təmsilçisi ilə razılaşıb. Məlumata görə, tərəflər 3 illik müqavilə imzalayacaqlar. Argentinalı oyunçu bu klubda illik 40 milyon avro qazanacaq. Keçidin bazar günü rəsmən açıqlanacağı gözlənilir.


Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatıb. Tərəflər sözləşməni yeniləməyiblər.


Xəbər xətti