Tokio-2020: Karateçimizdən gümüş medal

16:10 7 Avqust 2021

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

61 kq-dan yuxarı çəkidə çıxış edən dünya və Avropa çempionu idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız  daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub.

İrina qrupda son döyüşünü  türkiyəli Meltem Akyola qarşı keçirib.  4:0 hesabı ilə qalib gələn karateçimiz qrup lideri kimi  yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

Yarımfinalda onun rəqibi Çin idmançısı Gong Li olub. 7:2 hesabı ilə qalib gələn İrina finala yüksəlib. 

Finalda Misir idmançısı Feryal Abdelazezə 0:2 hesabı ilə uduzan İrina gümüş medala yiyələnib. 


Digər xəbərlər

Xəbər xətti