PSJ transfer edəcəyi gözlənilən hücumçu Lionel Messini təqdim etmək üçün Eyfel Qülləsindən istifadə edə bilər .
Bu barədə "El Chiringuito" nəşri məlumat yayıb. Bildirilib ki, Fransa təmsilçisi Eyfel Qülləsini avqustun 10-u üçün icarəyə götürüb.
Xatırladaq ki, PSJ 2017 -ci ildə braziliyalı hücumçu Neymarın transferində qüllədən istifadə etmişdi.
Qeyd edək ki, "Barselona"dan ayrılan Messinin PSJ ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.