Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
97 kq çəki dərəcəsində Azərbaycan idmançısı Şərif Şərifov təsəlliverici görüşə çıxıb. Güləşçimiz gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib və rəqibinə 7:5 hesabı ilə qalib gələrək bürünc medal uğrunda güləşmək hüququ qazanıb. Onun rəqibi kubalı Reyneris Salas Peres olub. Görüş 3:3 hesabı ilə başa çatıb. Lakin son fəndi Kuba idmançısı tətbiq etdiyi üçün bürünc medalın sahibi olub, Şərifov isə 5-ci yerlə kifayətlənib.