Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Tokio-2020"də bürünc medal uğrunda mübarizə aparıb.
50 kq çəkidə çıxış edən idmançımız Namuuntsetseq Oçiri (Monqolustan) sınağa çəkib. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Stadnik bürünc medal qazanıb.
Bildirək ki, Stadnik yarımfinalda yaponiyalı Yui Susakiyə uduzaraq finala yüksələ bilməmişdi.