"Neftçi"nin rəqibinə 1 qol kifayət etdi - VİDEO

15:30 9 Avqust 2021

Finlandiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

 

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan HİK səfərdə KTP ilə qarşılaşıb və qalib gəlib - 1:0. Helsinki təmsilçisi bu qələbədən sonra 38 xalla 12 komanda arasında 1-ci qərarlaşıb.

 

"Neftçi” ilə HİK arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2. Avqustun 12-də “Bolt Arena”da keçiriləcək cavab oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. 

 

 

 


Digər xəbərlər

Xəbər xətti