"Barselona"nın sabiq hücumçusu Lionel Messi hələ də PSJ ilə razılığa gələ bilməyib.
PSJ ilə argentinalı oyunçunun ailəsi arasında danışıqlar davam edir. Bildirilir ki, hazırda tam razılaşma yoxdur. Ancaq hər şey hər dəqiqə dəyişə bilər.
Qeyd edək ki, Kataloniya təmsilçisi avqustun 5-i Messi ilə müqaviləni yeniləməyəcəyini açıqlayıb.