"Qarabağ"ın rəqibinin futbolçusu koronavirusa yoluxdu

11:07 10 Avqust 2021

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Kipr AEL-ində koronavirusa yoluxmuş futbolçunun adı müəyyənləşib.

Bu,  Entoni Georgiudur. 24 yaşlı yarımmüdafiəçi artıq karantinə alınıb.

 

Qeyd edək ki, AEL "Qarabağ"la oyun öncəsi aparılan koronavirus testi zamanı bir futbolçunun analizinin müsbət çıxdığını açıqlanışdı. Ancaq oyunçunun adı barədə məlumat verilməmişdi. 


Digər xəbərlər

Xəbər xətti