Avropa Liqası: Pley-offa yüksələn ilk iki komanda bəlli olur - YENİLƏNİR

11:15 10 Avqust 2021

Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Kiprdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Omoniya" Estoniyada "Flora"nın qonağı olacaq. Digər oyunda isə "Slovan" Slovakiyada Cəbəllütariqin "Linkoln" komandasını sınağa çəkəcək. Bratislava təmsilçisi ilk görüşdə 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu avqustun 12-də keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" Finlandiyada HJK (Helsinki) klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə edib - 2:2.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
10 avqust

20:00. Flora (Estoniya) - Omoniya (Kipr)
İlk oyun - 0:1

22:30. Slovan (Bratislava, Slovakiya) - Linkoln (Cəbəllütariq)
İlk oyun – 3:1 


Digər xəbərlər

Xəbər xətti