Türkiyəli referi Cüneyt Çakır Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa təyinat alıb.
O, "Yanq Boyz" - ÇFR Kluj görüşünün baş hakimi olacaq. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç sabah keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.