Messi PSJ ilə razılığa gəldi - İki illik müqavilə imzalanacaq

15:25 10 Avqust 2021

Argentinalı hücumçu Lionel Messi karyerasını PSJ-də davam etdirəcək.

Bu barədə jurnalist Fabrizio Romano məlumat verib. O bildirib ki, tərəflər müqavilə ilə bağlı bütün məsələlərdə razılığa gəlib:

 

"Lionel Messi PSJ-yə keçdi ...  2024-cü ilin iyun ayına qədər uzadılması ilə iki illik müqavilə imzalanacaq. Maaş bonuslar da daxil olmaqla hər mövsüm üçün təxminən 35 milyon avrodur.

Messi PSJ-nin müqavilə təklifini qəbul etdi və yaxın bir neçə saat ərzində Parisə gələcək".

Qeyd edək ki, "Barselona" ilə müqaviləsi başa çatan 34 yaşlı oyunçu yeni klubu ilə azad agent kimi müqavilə imzalayacaq. 


Xəbər xətti