"Beşiktaş" millinin qapıçısını transfer edir

17:13 10 Avqust 2021

"Beşiktaş" daha bir transferi bitirməyə çalışır.

 

İstanbul təmsilçisi "Başakşəhər"in qapıçısı Mert Günoku heyətinə qatmaq üçün çalışır. 32 yaşlı qolkiperə illik 1,4 milyon avro maaş təklif edilib. Transfer reallaşsa, "Başakşəhər" bu keçiddən 1,5 milyon avro təzminat alacaq.

 

Günok son 4 mövsüm "Başakşəhər"də çıxış edib. Türkiyə millisinin üzvü ötən mövsüm 29 oyun keçirib. 


Digər xəbərlər

Xəbər xətti