Lionel Messinin PSJ-yə keçidi rəsmiləşdi

10:35 11 Avqust 2021

"Barselona"dan ayrılan Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib.

Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. PSJ-yə azad agent kimi transfer olunan 34 yaşlı hücumçunun 2023-cü ilin yayınadək paytaxt təmsilçisində çıxış edəcəyi bildirilib. Argentinalı oyunçu yeni komandasında 30 nömrəli formanı geyinəcək.  

Messinin PSJ ilə müqaviləsindəki bəndə əsasən, onun sözləşməsinin 1 illik uzadılması mümkündür.


Digər xəbərlər

Xəbər xətti