Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.
Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil edilən görüşdə İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üz-üzə gəlib.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər - 13 000 tamaşaçı buraxıla bilər.
Xatırladaq ki, "Çesli" Çempionlar Liqasının, "Vilyarreal" isə Avropa Liqasının son qalibi kimi Superkubok matçına çıxıb.
11 avqust
UEFA Superkuboku
23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya) 1:1 (Penaltilər 6:5)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Belfast. "Uindzor Park" stadionu