Lionel Messi: "Park De Prens" stadionunda meydana çıxacağım anı gözləməyə səbrim çatmır"

12:31 11 Avqust 2021

PSJ-nin yeni transferi Lionel Messi Paris təmsiliçisinə keçidi haqda danışıb.

 

Argentinalı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında PSJ-dəki ilk oyununu böyük həvəslə gözlədiyini deyib:

 

"PSJ-də karyeramda yeni bir səhifə açmağı səbirsizliklə gözləyirəm. Klub və onun futbola baxışı mənim ambisiyalarımla tam uyğundur. PSJ-nin nə qədər istedadlı oyunçulardan təşkil olunduğunu bilirəm. Onlarla birlikdə klub və azarkeşlər üçün gözəl bir iş görməyə qərarlıyam. "Park De Prens" stadionunda meydana çıxacağım anı gözləməyə səbrim çatmır".

 

Qeyd edək ki, PSJ ilə iki illik müqavilə imzalayan Messi bu gün "Park De Prens" stadionunda mətbuat konfransı keçirəcək.  


Digər xəbərlər

Xəbər xətti