"Qarabağ"ın rəqibi bayrağa görə UEFA-ya müraciət etdi

15:04 12 Avqust 2021

Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq Kiprin AEL klubu UEFA-nın rəsmi nümayəndəsinə müraciət edib.

 

Limassol təmsilçisi Şimali Kipr Türk Cümhuriyyətinin bayraqlarının tribunalara buraxılmamasını istəyib. UEFA nümayəndəsi qonaq komandanın istəyini qəbul edib.

 

Bununla bağlı "Qarabağ"dan stadionun girişlərinə ciddi nəzarət etmək, Şimali Kiprin bayraqlarının tribunalara buraxılmaması tövsiyə olunub. 


Digər xəbərlər

Xəbər xətti