“Bursaspor” Namik Ələskərov üçün 50 min avro təzminat ödədi

15:59 12 Avqust 2021

“Neftçi”nin futbolçusu Namik Ələskərov karyerasını Türkiyədə davam etdirəcək. 26 yaşlı yarımmüdafiəçi “Bursaspor” klubuna keçəcək.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Bursaspor” Namik üçün “Neftçi”yə 50 min avro təzminat ödəyib.
 
Türkiyə klubu azərbaycanlı yarımmüdafiəçi üçün təyyarə bileti göndərib və Namik bu gün Türkiyəyə yollanacaq. 


Digər xəbərlər

Xəbər xətti