Samir Abasov: "Oyunçun olmalıdır ki, dəyişiklik edəsən"

09:25 13 Avqust 2021

“Burda Bakıdakından daha yaxşı oynayırdıq. Hücumlarımız daha yaxşı alınırdı. Bu komandaya qarşı çətinlik çəkdik. Məğlubiyyətə baxmayaraq, qarşıya baxmalıyıq. Gələcək oyunlara hazırlaşmalıyıq".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HİK-lə (Finlandiya) cavab oyunundan (0:3) sonra keçirilən mətbuat konfrnasında deyib.

 


- Müdafiəçilər bir neçə oyundur kobud səhvlər edir. Əgər yeni futbolçu alınmırsa, 5 müdafiəçi ilə oynaya bilməzdiniz?

- Kimsə zəmanət versəydi ki, 5 müdafiəçi ilə səhv etməyəcəyik, bunu edə bilərdik. Bu gün məğllubiyyəti sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil. Sistemi bəhanə gətirmək lazım deyil. Biz “Dinamo”nu da bu sistemlə məğlub etmişik. Əminəm ki, çatışmazlıqlar tezlikə aradan qalxacaq. Düzdür, rəqiblə aramızda uçurum var. Amma bununla belə, oyunumzda irəliləyiş görünür.

- Sanki B planınız yox idi.

- B planı 30 futbolçusu olan komandada olur. Rəqib konkret praqmatik futbol oynayırdı. Biz bunları bilirdik. Təhlükələrin hardan gələcəyini görürdük. Oyunçun olmalıdır ki, dəyişiklik edəsən. Bəli, buna görə də B planımız yox idi. Bəzi oyunçulardan çox narazı qaldım. İnanıram ki, onlar da başa düşəcək ki, bu səhvləri aradan qaldırmaq lazımdır. 3 gündən sonra çempionat başlayır. Çalışacağıq ki, əhvalımızı düzəldək.

- Heç vaxt futbolçularınıza bu qədər hirslənməmişdiniz. Deyə bilərsinizmi konkret hansı oyunçuların səhvləri çox idi?

- İnanın ki, bu gün 3-4 oyunçuya görə uduzmadıq. Sadəcə, biz komanda şəklində oynayan kollektivə qarşı çıxış edə bilmədik. Həddindən artıq çox qaçan komanda ilə onların tərzində oynamalısan. Biz bu məqamlarda axsayırdıq. Bizim borcumuz budur ki, uşaqlara bunu başa salaq.

- Mirabdulla Abbasovun problemi nədir ki, onu gah oynatmırsınız, gah da tez əvəzləyirsiniz?
 
- Hücum xəttindən doğrudan da problemlərimiz var. Qıraqdan baxıb deyirlər ki, bu niyə oynamır, bu niyə burda yox, orda oynayır. Futbolçunun oyunundan əvvəl heç kim onun necə çıxış edəcəyin deyə bilməz. Futbolçu həmin mövqedə yaxşı oynasa, təriflər gələcək. Əgər Ömər Buludovun yerinə hücumçunu oynadırıqsa, deməli, bu futbolçuda nəsə problem var. Biz bilirik ki, hansı oyunçu hansı oyunda baş çıxara bilər. Heç kimlə düşmənliyimiz yoxdur. Kim oyuna hazır olursa, o da oynayır. Dünənə kimi başımda bir heyət var idi, məşqə çıxandan sonra başqa heyət oldu. Bu gün mən azarkeşlərlə, jurnalistlərlə heyətlə bağlı müzakirələr apara bilmərəm.

- Meza Kolli meydandan dah çox gəzir. Amma sizin sisteminiz elədir ki, daima rəqibə qarşı pressinq olunmalıdır. Meza Kolliyə bunu başa sala biləcəksiniz?

- Yox, mən düşünürəm ki, Meza Kolli bizim oyunumuza uyğundur. Əgər qaçmasa, oynamayacaq. Düzdür, hələ hazır deyil. Komandaya tam uyğunlaşmayıb. Düşünürəm ki, Meza Kolli bizim üçün çox işlər görəcək.


Digər xəbərlər

Xəbər xətti