“Neftçi”nin avrokuboklardakı uğursuz çıxışına tanınmış radio aparıcısı Tural Yusifovda reaksiya verib.
Daha çox radio aparıcısı kimi tanınan Yusifov “ağ-qaralar”ın HİK səfərində 0:3 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşması haqda yazıb. Bununla yanaşı Konfrans Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonu barədə fikirlərini yazıb:
“Görəsən “Neftçi” hücumçusuzu hara qədər getməyi düşünür? Komandada hücumçu yoxdu. 3 oyundur hücumçusuz qop qovalayırlar. Hələ bundan sonra yenə 2 oyun var. “Qarabağ” isə belə stadionda oynayırsa, bu möcüzədi. Belə qazon olar?".