"Yuventus" futbolçusu Xuan Kuadradonu komandadan buraxmaq fikrində deyil.
“Qoca sinyora” kolumbiyalı oyunçuya yeni müqavilə təklif edib. Danışıqlar başa çatmaq üzrədi və futbolçunun İtaliya nəhəngi ilə yeni müqaviləyə qol çəkəcəyi gözlənilir.
Yeni müqaviləyə əsasən 33 yaşlı futbolçu 2023-cü ilə qədər “Yuventus”un formasını geyinəcək.