"Beşiktaş" hücum xəttini gücləndirib.
İstanbul təmsilçisi "Çelsi"nin hücumçusu Mişi Batşuayini icarəyə götürüb.
Belçika millisinin üzvü 1 il "qara qartallar"da çıxış edəcək.
Qeyd edək ki, Batşuayi ötən mövsümü İngiltərənin "Kristal Pelas" klubunda icarədə keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.