Millimizin futbolçusu Namiq Ələsgərovun yeni transfer olunduğu "Bursaspor" Türkiyə birinci liqasında yeni mövsümün ilk oyununa çıxıb.
Bursa təmsilçisi doğma meydanda "Adanaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. N.Ələsgərov sözügedən görüşdə oynamayıb. Onun adı qarşılaşma üçün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Neftçi"dən ayrılan N.Ələsgərov avqustun 14-ü "Bursaspor"a keçib.