Lənkəranda karate üzrə “Dəmir Yumruq” turniri keçirildi - FOTOLAR

15:12 16 Avqust 2021

Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda Nazirlər Kabinetinin tələb və tövsiyələrinə uyğun şəkildə Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyası dəstəyi və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş “Dəmir Yumruq” l Açıq Respublika turniri keçirilib.

Yarışda ümumilikdə Bakı, Sumqayıt və 14-ə yaxın rayondan 20-ə yaxın komanda və 150 idmançı iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni ilə açılış elan edildikdən sonra Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə turnirlə bağlı çıxış edib.

 

Tədbirin təntənəli açılış mərasimi Lənkəran Gənclər İdman İdarəsinin rəis müavini Yusif Xamiyevin nitqi ilə davam edib, o, yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib.

Məşhur “Nənələr qrupu” da öz mahnıları ilə tədbirə rəng qatıb. Daha sonra isə veteran karateçilər nümunəvi çıxış nümayiş etdirib.

Final döyüşləri zamanı 45 kq çəki dərəcəsində 13-14 yaşlı qızlar arasında kəmər uğrunda döyüşlər keçirilib. Bakı Karate-do Akademiyasının yetirməsi Jasmin Xəlilova rəqiblərini üstələyərək döyüş kəmərini qazanıb.

Sonda 35 yaş və çəki kateqoriyasında qalib və mükafatçılar Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif edilib. 



Digər xəbərlər

Xəbər xətti