Namik Ələskərovun komandası baş məşqçisiz qaldı

10:38 17 Avqust 2021

Türkiyə 1-ci liqasında mübarizə aparan "Bursaspor" klubunda istefa reallaşıb.

 

"Timsahlar" baş məşqçi Mustafa Ər ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, "Bursaspor" mövsümün ilk oyununda "Adanaspor"la 1:1 hesablı heç-heçə edib.

 

Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərov "Bursaspor"da çıxış edir. 


Digər xəbərlər

Xəbər xətti