Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Superliqa təmsilçisi "Çelsi"nin hücumçusu Mişi Batşuayini heyətinə cəlb edib. 27 yaşlı futbolçu London klubundan 1 illik icarəyə götürülüb. Belçika yığmasının da üzvü olan futbolçu 2016-cı ildən "Çelsi"də çıxış edir.