"Bizə lazım olan hücumçunu tapmamışıq" - "Neftçi"nin prezidenti

19:40 18 Avqust 2021

"Neftçi"nin prezidenti Kamran Quliyev klubun televiziyasına açıqlama verib.

 

O, hücumçu transferinin nə üçün gecikdiyini açıqlayıb:

 

"Hamı deyir ki, "Neftçi" hücumçusuz oynayır. Hücumçunun bu günə kimi gəlməməyi... Mən heç vaxt o biri klubları misal kimi gətirmək istəmirəm. Amma baxın görək digər klublardan neçəsi hücumçu gətirib. Azərbaycana keyfiyyətli futbolçu gətirmək gündən-günə çətinləşir. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Daha əvvəl ölkədə futbola daha çox vəsaitlər ayrılırdı. Biz avrokuboklardan gələn vəsaiti komandanın ixtiyarına vermişik. Bu günə kimi hücumçu və başqa mövqeyə futbolçu gəlməyibsə, inanın ki, deməli, hələ lazım olanı tapmamışıq. Seleksiya şöbəsi 200-dən çox oyunçuya baxıb. Bəzən transferlərin reallaşmamasında əsas səbəb kimi Kamran Quliyev göstərilir. Mən özüm haqqında o qədər şayiələr, dedi-qodular eşitmişəm. Bunlara fikir vermirik. Narahatlığı olan insanları başa düşmək olar. Bu, normal şeydir. Dedi-qodular da onları ciddiyə alıb, oxuyanlar üçündür".


Digər xəbərlər

Xəbər xətti