"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şotlandiyanın "Aberdin" klubu ilə qarşılaşacaq.
Qonaq komandanın baş məşqçisi Stiven Qlass matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Avropa Konfrans Liqası yeni turnirdi. Bu, sizin də ilk Avropa təcrübənizdi. Sabahkı oyundan nə gözləyirsiz?
- Rəqibi təhlil etmişik. "Qarabağ"ın AEL-lə oyunlarını izləmişik. “Qarabağ” Avropada tanınmış komandadı. Sabah möhtəşəm stadionda azarkeşlərin önündə oynayacağımıza görə məmnunuq.
- Həftəiçi iddialı açıqlamalar verirdiz. Bu, nə ilə bağlı idi?
- Düşünürəm ki, ifadlərim düzgün qiymətləndirilməyib. “Qarabağ”a hörmətlə yanaşırıq. Hər iki komandanın şansları bərabərdi.
- “Qarabağ” və Azərbaycan futbolu haqda hansı məlumatlarıız var?
- “Qarabağ”ın son avrokubok və çempionat oyunlarını izləyib, təhlil etmişik. Bilirik ki, komandanın heyətində milli üzvləri və təcrübəli legionerlər var.
- “Qarabağ”ın illərdi avrokubokların qrup mərhələsində oynaması sizi qorxutmur?
- "Aberdin" də Avropada tanınan komandadı. Oyunun taleyi sabah həll olunmayacaq. Şotlandiyada hər şey bəlli olacaq.
- Müsahibənizdə demişdiz ki, uzaq səfər və isti hava problem yaradacaq. Havadan narazısız?
- Hava bizim öyrəşmədiyimiz dərəcədə istidi. Amma oyun axşam saatlarında baş tutacaq. Eyni şərtlər “Qarabağ” üçün də olacaq.
- Şotlandiya mətbuatına müsahibənizdə “Qarabağ”ın heyətində Abdulla Zubiri xüsusi fərqləndirmişdiz. Başqa hansı oyunçular diqqətinizi cəlb edib?
- Bəli, Zubiri qeyd eləmişəm. Amma başqa oyunçular da var. 77(Ramil Şeydayev), 11 (Xayme Romero), 20 (Kadi Borges) nömrəli futbolçuları xüsus qeyd edərdim. Amma biz “Qarabağ”ın bütün futbolçularını incələmişik. Hamısına qarşı planımız var.