"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şotlandiyanın "Aberdin" klubunu 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Stiven Qlass jurnalistlərin suallarını cavablandırıb:
- Dünən demişdiz ki, “Qarabağ”dan çəkinmirik. Bu günkü nəticədən sonra rəqibdən qorxursuz?
- Dünən də demişdim ki, “Qarabağ”a hörmətlə yanaşırıq. Cavab oyununda hər şey daha fərqli ola bilər.
- Meydan amili sizə yoxsa, “Qarabağ”a daha çox mane oldu?
- Həm “Qarabağ”a, həm də biz mənfi təsir etdi. Gördüyünüz kimi futbolçular zədələndi.
- Oyundan öncə klubunuzun rəsmisi stadionun ot örtüyünün şəklini paylaşıb yazmışdı ki, biz cavab oyununu həvəskar komandanın stadionunda keçirəcəyik. Bu fikrə münasibətiniz necədi?
- Bu, həqiqətə yaxındı. Bu cür meydanda oynamaq qəbuledilməzdi. Düşünürəm ki, hər iki komanda daha yaxşı meydanda daha yaxşı oyun göstərə bilər.
- Bu nəticədən sonra şansları necə dəyərləndirirsiz?
- Bu, qarşılaşmanın ilk hissəsidi. “Qarabağ” uzun səfər edəcək, öyrəşmədiyi iqlimdə oynayacaq. Şansları bərabər hesab edirəm.
- İkinci hissədə sarı vərəqə aldız. Bununla razılaşırsız?
- Təbii ki, bununla razı deyiləm. Mən etirazımı bildirdim.
- Oyununuza “Qarabağ” daha çox mane oldu, yoxsa ot örtüyü?
- Hər ikisini qeyd etmək istəyərdim. İkinci hissədə daha yaxşı oyun göstərdik.